YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT Dağlıq Qarabağda qondarma "seçkilər"i pislədi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qondarma "seçkilər"in keçirilməsi barədə məlumatları pisləyərək bəyan edib ki, bu "seçkilər" qanunsuzdur və BMT-nin qətnamələri ilə ziddiyyət təşkil edir. /Trend/

Təşkilatın saytında bildirilir ki, İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə və onun qanunsuzluğunu tanımağa çağırıb.

İ.Mədəni İƏT-in müvafiq beynəlxalq qətnamələr çərçivəsində və dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı əsasında Ermənistanla ərazi münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Azərbaycanın səylərinin dəstəklənməsi ilə bağlı prinsipial daimi mövqeyini təsdiq edib.