YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycan, Türkiyə və Qazaxıstan üçtərəfli platformasının yaradılması bu dövlətlər arasında ticarət əlaqələrini sürətləndirəcək

Azərbaycan, Türkiyə və Qazaxıstan üçtərəfli platformasının yaradılması bu dövlətlər arasında ticarət əlaqələrini sürətləndirəcək.

Bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, həmçinin səmərəli, maneəsiz daşımalar, tranzit dəhlizləri vasitəsilə əməliyyatların və prosedurların asanlaşdırılması, xüsusilə yumşaq və sərt infrastrukturun və rəqəmsallaşmanın inkişafı üzrə birgə layihələrin, onların tranzit potensialının və cəlbediciliyinin artırılması üçün işlərin görülməsi vacibdir. Bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair razılığa da gəlinib.