YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı Silahlı Qüvvələr Günü münasibəti ilə ekskursiya təşkil edib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı gənclərdə hərbi vətənpərvərlik hissini gücləndirmək və Azərbaycanın hərb tarixini yaxından tanımaq məqsədilə Müdafiə Nazirliyinin nəzdində yerləşən Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edib.

YAP Nərimanov rayon təşkilatının kollektivi, partiya üzvləri və fəal gənclərin iştirak etdiyi ekskursiyada qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verilib.

Həmçinin, qonaqlar Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış olublar.

Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı ilə tanışlıq və Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar iştirakçılarda xoş təəssürat yaradıb.