YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ağdaş Magistral Qaz Kəmərləri sahəsi ərazi partiya təşkilatında “Müzəffər Ordunun Zəfər təntənəsi” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsində Ağdaş rayonundan şəhid olan Siyasət Mustafayevin xatirəsinə yaradılmış bulaq kompleksini ziyarət edib, şəhidin ailə üzvləri ilə görüş keçiriblər. Eyni zamanda Ağdaş Magistral Qaz Kəmərləri sahəsində şəhidlərə həsr olunmuş xatirə lövhəsinə baxış keçirilib.

Ağdaş Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında baş tutan konfransda əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Silahlı Qüvvələrin yaranma tarixi, ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində 30 illik işğala son qoydu və torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi.

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov, Ağdaş Magistral Qaz Kəmərləri sahəsi ərazi partiya təşkilatının sədri Elşən Rəcəbov, şəhid atası Akif Mustafayev, partiya fəalları Azər Şavəddinov və Anar Rəsulov da çıxışlarında Azərbaycan Ordusunun gücündən, ölkədə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışıblar.