YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etmiş olduğu ən böyük siyasətçi, ən nüfuzlu dövlət xadimi olmaqla yanaşı, həm də sözün əsl mənasında, qurucu və yaradıcı bir insan idi. O, Müstəqil Azərbaycanın həm memarı, həm də qurucusudur. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin irsinin dərk edilməsi özlüyündə çətindir. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz yerini tutdu. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Belə ağır zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycana qayıtdı və qısa bir müddətdə cəmiyyət Heydər Əliyevin ətrafında birləşdi. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı. 1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi, ümumi ictimai-siyasi ab-havaya sərinlik gətirdi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.

Heydər Əliyevin həyatı, fəaliyyəti və onun xidmətləri haqqında çox deyilib, çox yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, onu yaxından tanıyan çox məşhur elm və sənət adamları Heydər Əliyev fenomenini ən müxtəlif rakuslardan səciyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləri barədə mülahizə və fikirlərini bildirmişlər. Heydər Əliyevin adı və xidmətləri azərbaycanlılarla yanaşı, dünyanın bir çox digər xalqları, ulu öndəri özunə müəllim bilən, dost hesab edən, onun iş təcrübəsindən, məsləhət və tövsiyələrindən faydalanan bütün insanlar tərəfindən də hörmət və ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Buna görə də Ulu öndər ümummilli lider kimi həmişə yaşayacaq.

DİGƏR Xəbərlər Arxiv