YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Hüseynov Mirzə Xəlifə oğlunun övladının doğum günü qeyd edilib.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Ağdaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Murad Qurbanov Tərtər rayonunun Bəyimsarov kəndində şəhidin ailəsini ziyarət edib, övladını doğum günü münasibəti ilə təbrik ediblər.

Ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bu diqqətin bundan sonra da daimi olacağını bildirib.

Həmçinin təşkilat sədri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun azad etdiyi doğma torpaqlarımızda sürətlə aparılan bərpa-quruculuq işlərindən danışıb.

Şəhid ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Mirzə Hüseynov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.