YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı 

Azərbaycan Prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan vermiş oldu. Səfər zamanı 20 –yə qədər mühüm sənəd imzalandı ki, bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir. Çünki məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrını kompleks şəkildə əhatə edir. Buraya iqtisadi, mədəni sahədən başlamış hərbi texnki əməkdaşlığa qədər geniş blok daxildir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dörünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. Çünki hazırki mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır ki, belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər sadəcə hərbi siyasi məzmunlu deyil həm də iqtisadi, tibbi-sağlamlıq, informativ və.s olmaqla çoxşaxəlidir. Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Özbəkistanda başda Prezident Savkat Mirziyoyev olmaqla siyasi elita, və bütövlükdə özbək xalqı Azərbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtişamla qarşıladı. Yəni Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qarşıladı. Yalnız qardaş xalq qardaşının tarixi zəfərinə belə sevinə bilər. Prezident Şafqat Mirziyoyev bidirdi ki, Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Belə səmimi və sevgi dolu  cümləni qurmaq yalnız qardaş olmaq lazımdır ki, Özbəkistan – Azərbaycan qardaşlığı da ölkənin liderinin dilindən məhz bu cür səsləndirilir. Ancaq  belə mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi, hərbi –texniki  və siyasi əməkdaşlığı o qədər böyük potensiala və perespektvə malikdir ki, bu potensialın realizə olunması regionun iqtisadi və kommunukariv mənzərəsini tamamilə dəyişə bilər. Bunun üçün Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri  Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər. Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi  planlaşdırır. Bu  bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır. Çünki Özbəkistan Əlişir Nəvailərin, Uluqbəylərin vətənidir. Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttədiqlik şərtləri yaradacaq qədər əhəmiyyətldir.