YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Şavkat Mirziyoyev: Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən istifadə edərək yük daşımalarını artırmaq niyyətindəyik

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, 1,5 milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur.

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.

“Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.

Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq”, - deyə Özbəkistan Prezidenti bildirib.

Prezident Şavkat Mirziyoyev qeyd edib ki, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır: “Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik”.