YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzakirələrin aparılması üçün Qlobal Bakı forumu mükəmməl platforma idi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzlərdən birinə çevrilib - desək, yanılmarıq.  Artıq doqquzuncu dəfədir keçirilən Qlobal Bakı Forumu dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə öz töhfəsini verməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Dünyanın üzləşdiyi qlobal siyasi böhran, ərzaq təhlükəsizliyinin həlli beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda hazırda Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın üzləşdiyi seytnot vəziyyəti ilə bağlı açıq müzakirələrin aparılması üçün Qlobal Bakı Forumu mükəmməl platforma idi.

Forumda iştirak edən keçmiş dövlət xadimləri, eləcə də siyasi ekspertlər böhranın qaçılmazlığını bir daha bəyan etmiş və böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolunun müəyyənləşdirməli olduğunu vurğulamışlar. İki ölkə arasında yaranmış vəziyyəti bəzi siyasilər artıq üçüncü dünya müharibəsi kimi xarakterizə etsələr də bu situasiyadan siyasi müdriklik nəticəsində daha az itkilərlə çıxmaq mümkündür. Forum çərçivəsində yekdilliklə qərara alınıb ki, beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Əslində 30 il bundan öncə Azərbaycanın üzləşdiyi vəziyyətlə indi Avropa qitəsi üzləşmək üzrədir. Hadisələrin miqyası böyük olduğu üçün narahatlıq daha böyükdür. Dünyanın ən böyük taxıl tədarükçülərindən olan Rusiya və Ukrayna arasında davam edən müharibə ərzaq böhranının yaxın illərdə davamlı olacağının göstəricisidir.  

Müharibə enerji bazarlarındakı vəziyyətə də mənfi təsir göstərir. Enerji bazarındakı vəziyyəti proqnozlaşdırmaq çətindir. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demişdir: “Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır”. Təbii ki, mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir.

Bu gün enerji təhlükəsizliyi dünaynın müzakirə etdiyi ən aktual məsələlərindəndir. Bir çox dünya dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Avropanın Azərbaycanın enerji resurslarına ehtiyacını daha da artırıb. Azərbaycan bir çox ölkələrin artan tələbatını təmin etmək üçün əlindən gələni edir. Son aylar ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı Azərbaycana müraciət edirlər. Bütün Avropanın tələbatını ödəmək isə asan məsələ. Çünki əvvəlcə bu istiqamətdə infrastruktur layihələri genişləndirilməli, hasilat artırılmalıdır. Dövlət baçısı, Müzəffər Ali Baş komandan çıxışında bildirdi ki, Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. Deməli, Azərbaycan hələ yaxın onilliklərdə Avropanın enerji təchizatında önəmli rol oynayacaqdır.