YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq arenada əldə olunmuş uğurlar aparılan düzgün xarici siyasətin göstəricisidir

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Beynəlxalq səviyyəli tədbirlərin təşkili, keçirilməsi və bu tipli tədbirlərə ev sahibliyinin edilməsi, həmin dövlətin nüfuzunun və rəhbərinə inamın göstricisi kimi qiymətləndirilən önəmli faktlardan biridir.

30 illik, tarix üçün elə də böyük müddət olmayan müstəqillik dövrünü yaşayan ölkəmizin mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi, müasir dünyanı narahat edən və qlobal təhdidə çevrilmiş məsələlərin Azərbaycanda müzakirə olunaraq, çıxış yollarının aranılması, müstəqil dövlət kimi yaşaması sual işarəsi altında olan məmləkətimizin keçdiyi çətin və şərəfli yolu təhlil və dəyərləndirmək baxımından olduqca önəmlidir.

Dövlətlərarası maraqların uzlaşdırılması iki önəmli faktordan asılıdır. Birincisi tərəfləri təmsil edən şəxsin qabiliyyətindən, ikincisi isə qarşılıqlı etibarın, inamın olmasından. Ulu Öndərimiz Heydər Əliyevin qətiyyəti və dünya miqyasında malik olduğu nüfuz hesabına 1994- cü il sentyabr ayının 20- də əsrin müqaviləsi adlandırılan Böyük Neft Kontraktının imzalanmasından başlayaraq Azərbaycan özünü etibatlı tətəfdaş kimi təsdiq etdi.

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, sərgilədiyi qətiyyətli mövqe, zamanın çağrışlarını düzgün qiymətləndirmə bacarığı və önləyici tədbirlərin görülməsi hesabına Azərbaycan dünya siyasətində önəmli ölkələr səviyyəsinə gətirilmişdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, həmin mərkəzin beynəlxalq insititut səviyyəsinə çatdırılması, dünya siyasətinə təsir edə biləcək şəxslərin bir araya gətirilməsi Azərbaycan kimi beynəlxalq dəstəyə ehtiyacı olan gənc bir dövlət üçün böyük hadisədir və uğurlu nəticələri göz qabağındadır. Artıq bu mərkəz özünün sayca IX Qlobal Forumunu keçirir və bəşəriyyəti narahat edən, təhdidə çevrilən məsələlər müzakirə olunur.

VIII Qlobal Forum 2021- ci ilin noyabr ayının 4- də keçirilmişdi və bəşəriyyətin bəlasına çevrilmiş COVİD-19 pandemiyası və ondan xilas yolları müzakirə olunmuşdu. Ötən forumdan qısa bir müddət sonra dünyada yeni rellıqlar, bəşəriyyəti təhdid edən daha fərqli reallıqlar meydana gəldi və Nizami Gəncəvi Beynalxalq Mərkəzi yeni təhdidlərin olduğunu gündəmə gətirdi və müzakirə edərək, çıxış yollarını dünyanın diqqətinə təqdim etdi.

Prezident İlham Əliyev 16 iyun 2022- ci il tarixində keçirilən forumun açılış mərasimində iştirak edərək, geniş həcmli, dünyanı və regionu təhdid edən məsələlərlə baglı giriş nitqi söylədi.

Prezident İlham Əliyev ötən forumdan keçən qısa zaman kəsiyində dünyanın dəyişdiyini, dəyişikliyin nə ilə nəticələnəcəyini proqnozlaşdırmağın mümkün olmadığını və heç nəyin əvvəlki kimi olmayacağının söylədi və əlavə etdi ki, hər şey haqqında açıq danışmağın və münasibət bildirməyin zəruriliyini forum iştirakçılarının diqqətinə çatdırdı.

Prezident İlham Əliyev dünyanın mövcud siyasi, hərbi və iqtisadi mənzərəsini ətraflı təhlil edərək, qlobal forumun gündəliyinə daxil edilmiş məsələyə münasibətini ifadə etdi və tədbir iştirakçılarının dünyanın üzləşdiyi reallıqlara özlərinin münasibət bildirmələrini məqsədəuyğun hesab etdiyini onların diqqətinə çatdırdı. Cənab Prezident Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr, erməni separatizminin bölgədə yaratdığı gərginlik, 44 günlük Vətən müharibısinin nəticələrinin region üçün açdığı yeni imkanlar barəsində ətraflı məlumat verdi. Cənab Prezident qeyd etdi ki, Azırbaycanın əraziləri erməni işğalından azad edildikdən sonra həmin ərazilərə təşkil edilmiş səfərlərdə iştirak etmiş xarici qonaqlar gördükləri mənzərədən dəhşətə gəldiklərini bildirirlər. Ermənilər ərazilərimizdə bu qədər vandalizmə yol vetmələrinə, müharibədə məğlub olmalarına baxmayaraq, Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir, beynəlxalq hüquqa söykənən 5 təklifi Ermənistana təqdim edib. Sərhədlərin müəyyənləşdirilməsi məqsədilə müvafiq komissiya yaradılıb və müştərək şəkildə sərhədlərin dəqiqləşdirilməsini və hər iki tərəfin ərazi bütövlüyünü qəbul etməsini istəyir. O bildirdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanınayacaqsa, onda Azərbaycan da Etmənistanın ərazi bütölüyünü tanımayacaq. Çünki burada digər alternativ variant mövcud deyil.

Cənab Preziden müasir dünyanın üzləşdiyi qlobal təhdidlər, Azərbaycanın bu təhdidlərin aradan qaldırilmasında oynadığı mühüm roldan danışdı və gələcəyə yönəlik mövqeyini bildirdi.

Beynəlxalq səviyyəli hər bir tədbir dövlətimizin dünya birliyində mövqeyini daha da gücləbdirir, dünya birliyinə sürətli inteqrasiyanı şərtləndirir və ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar yaradlır. Beynəlxalq arenada əldə olunmuş uğurlar aparılan düzgün xarici siyasətin göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv