YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Qurtuluş Günü qeyd olunub

Daşkəsən rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ümumrayon bayram tədbiri böyük təntənə ilə keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatlar və rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları Daşkəsən şəhərinin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən Əhəd Abıyev deyib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi iradənin reallaşdığı tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə olmaqla dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Bildirilib ki, daşkəsənlilər hər zaman ümummilli lider Heydər Əliyevin siyasətinə sədaqət nümayiş etdirib, ölkəmizin inkişafını, rifahını bu dahi şəxsiyyətin əzəmətində görüb.

Sonra rayonun incəsənət xadimləri bayram konserti ilə çıxış ediblər. Ulu Öndərə həsr edilən musiqi nümunələri, vətənpərvərlik mahnıları əsl bayram əhval-ruhiyyəsi yaradıb.