YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Sabirabad rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Sabirabad rayon mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən danışıb.

Digər çıxışçılar - Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, şəhid Zamin Balakişiyevin anası Bikəxanım Balakişiyeva ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirdiyini diqqətə çatdırıblar.

Sonda Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçirilib.