YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Karen Donfrid: Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib

Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum, küləkli gözəl şəhərinizdə yaxşı vaxt keçirdim.

Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

"Səfərim ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə təsadüf edir. ABŞ Azərbaycanın müstəqilliyi dəstəkləyən ilk ölkələr sırasındadır. Dünən Prezident İlham Əliyevlə görüşümüzdə geniş müzakirələr apardıq. Prezident İlham Əliyev Qafqazla bağlı fikirlərini bölüşdü.

Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib", - deyə Karen Donfrid qeyd edib.

DİGƏR Xəbərlər Arxiv