YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hyustonda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların gedişi müzakirə edilib

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Hyuston şəhərinin azərbaycanlı icmasının üzvləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların gedişi müzakirə edilib.
“Azərbaycan” Mərkəzində keçirilən görüşdən əvvəl həmsədr ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna dair mədəniyyət və incəsənət eksponatları ilə tanış olub.
Ermənistan-Azərbaycan münaqişəsi, problemin həlli ilə bağlı Madrid prinsiplərinin təfərrüatları barədə müzakirələr aparılan görüşdə Ermənistanın beynəlxalq hüquq normalarını pozduğu, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə riayət etmədiyi bildirilib. İşğalçı qoşunların Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Azərbaycan icmasının üzvləri münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipi əsasında tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv