YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfrans çərçivəsində panel müzakirələr aparılacaq.