YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və Gədəbəy Rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.

Tədbirdə Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən RİH başçısının səlahiyyətlərini icra edən Naiq Nağıyev Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulayıb. Natiq Nağıyev həmçinin, Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbir rayonun tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti ilə davam edib.