YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi Rayon Mədəniyyət Mərkəzində regional konfrans keçirilib

Ağcabədi rayon Mədəniyyət mərkəzində Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə “Qurtuluşdan Zəfər” mövzusunda regional konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları Tahir Rzayev, Fatma Yıldırım, Bəxtiyar Sadıqov, Aqil Məmmədov, Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, YAP-ın Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təşkilatlarının sədrləri, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, partiya fəalları, şəhid ailələri, qazilər, partiya veteranları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edib.

Milli Məclisin  deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev “Aqrar sahənin  inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”, Milli Məclisin deputatı Fatma Yıldırım “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji amillər”, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov “Qurtuluşdan başlayan davamlı inkişaf yolu”, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova “Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur”, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Ölkənin siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu”, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Qurtuluş Böyük Qələbəyə aparan yolun başlanğıcı idi” mövzularında çıxış ediblər.

Sonra partiya fəallarını maraqlanıran suallar cavablandırılıb.

Tədbir ədəbi-bədii hissə ilə yekunlaşıb.