YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi, xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevdir.

Tədbirin sonunda ictimai-siyasi fəallığına görə fərqlənən bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.