YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Güzəştli kreditlər nəticəsində regionlarda müasir texnologiyaların tətbiqinə əsaslanan müəssisələr yaradılır

Bu il ərzində 1570 sahibkara 47,2 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayev qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

«Bu kreditlərin verilməsi nəticəsində regionlarda  müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Təbii ki, bütün bunlar bölgələrin hərtərəfli inkişafında vacib rol oynayır»- deyə, Ş.Abdullayev vurğulayıb.