YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə birlikdə addımlamaqla növbəti qələbələrə, zəfərlərə doğru inamla irəliləyəcək

Seyfəddin Əliyev

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəp Tayyip Ərdoğan  ötən il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalayıblar. Artıq bir il tamam olur. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi böyük mesaj olmaqla bərabər əslində  bütün dünyanın barışmalı olduğu tarixi həqiqət və gerçəklikdir.

İmzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə bütün reallıqları göstərir. 2021-ci il iyunun  15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm milli-mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi yazıldı.

Azərbaycan xalqının Milli Qurtuluş günü - 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının  xüsusi rəmzi mənası var. Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Hörmətli Prezident cənab İlham Əliyevin jurnalistlərə açıqlamasında dediyi kimi "aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir". Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib. Bu bəyannamə Qarabağ, xüsusilə Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etdi. Prezidentimizin  apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Həmçinin Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir.

Biz yaxın gələcəkdə Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki qardaş dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir. Sənəddə qeyd edilib ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır.

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixindən addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atmışdır. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. İki qardaş təkcə bölgədə deyil, bütün dünyaya sülh və əminamanlığın gətirilməsinə nail olacaq.

İki qardaş - Azərbaycan və Türkiyə birlikdə addımlamaqla inkişaf edəcək növbəti qələbələrə, zəfərlərə doğru inamla irəliləyəcək.

DİGƏR Xəbərlər Arxiv