YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üç ayda idxal əməliyyatlarının həcmi 37,66 faiz artıb

Bu ilin birinci rübündə 122 ölkə ilə xarici iqtisadi fəaliyyət həyata keçirilib. Xarici iqtisadi fəaliyyət iştirakçılarının 2122-si hüquqi şəxs, 1182-si isə fiziki şəxs olub.

Üç ayda 50909 idxal bəyannaməsi, 7439 ixrac bəyannaməsi imzalanıb. Ticarət əlaqələri zamanı 2428448,66 min dollarlıq mal və məhsul idxal olunub, 3383686,61 min dollarlıq mal və məhsul isə idxal edilib.
Hesabat dövründə Azərbaycanla daha çox Avstriya, Belarus, Çin Xalq Respublikası, Çexiya Respublikası, Almaniya Federativ Respublikası, Gürcüstan, Yunanıstan Respublikası, Hindistan, İndoneziya, Türkiyə Respublikası, Rusiya Federasiyası arasında ticarət əlaqələri qurulub. Ticarət əməliyyatları ən çox isə İtaliya Respublikası ilə həyata keçirilib. Bu ölkə ilə 112475,73 min dollarlıq idxal əməliyyatı, 773632,26 min dollarlıq ixrac əməliyyatı qeydiyyata alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxal əməliyyatlarının həcmi 37,66 faiz artıb, ixrac əməliyyatlarının həcmi isə 37,07 azalıb.