YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Türkiyə Azərbaycan əlaqələri, dostluq, qardaşlıq münasibətləri heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə   arasında  dostluq və qardaşlıq münasibətləri olduca  dərin tarixi köklərə malikdir. Xalqımızın Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün də öz təsdiqini tapır. Azərbaycan ilə Türkiyə tarix boyu hər zaman bir birinin yanında olub, bir birinə dəstək, arxa olublar.

Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Azərbaycanlılar da Anadoluda Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan  milli mübarizəyə hər türlü, maddi və mənəvi köməklik göstərmişlər.

Bildiyimiz kimi, 30 il bundan öncə Naxçıvan tamamilə təklənmişdi, Xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin uzaqgörənliyi nəticəsində 1992-ci ilin may ayının 28-də isə daha bir əlamətdar hadisə yaşandı. Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açıldı. Bu körpü iki qardaş хalqı bir-birinə qоvuşdurmaq, blоkada vəziyyətində olan Naхçıvanın yaşaması və inkişafı baхımından olduqca əhəmiyyətli hadisə idi.

Ulu öndər körpünün açılışı haqqında belə deyirdi: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.

Bu gün Türkiyə Azərbaycan əlaqələri, dostluq, qardaşlıq münasibətləri heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır. Ötən il 15 iyunda Azərbaycan və Türkiyə arasında Türk dünyasının mədəniyyət mərkəzi Şuşa şəhərində strateji Müttəfiqlik Bəyannaməsinin imzalanması iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə yüksəltdi. Ayrıca bu Bəyannamənin Şuşada imzalanması müəyyən qüvvələrə verilmiş bir mesaj idi.

Prezident cənab İlham Əliyevin söylədiyi kimi, Şuşa Bəyannaməsindəki hər bir məsələ çox mühüm əhəmiyyət daşıyır. Bu Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir.

Müttəfiqlik  Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə bir daha göstərdi ki, bundan sonra iki qardaş, dost dövlət  hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Eyni zamanda bu Bəyannamə bütün dünyaya nümayiş etdirdi ki, necə ki, tarix boyu  Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə olub, bir birinə dəstək, arxa olub, bundan sonra da bir yerdə olacaq, bir biribə arxa olacaq.

İmzalanmış Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətlərinin yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. Zəngəzur dəhlizinin reallaşması ilə iki dost qardaş ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyacaq.

Bu bir reallıqdır ki, Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlərin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına, təhlükəsiz yaşama  mühüm töhfələr verir.

Fəxrlə deyə bilərik ki, iki qardaş, dost, müttəfiq ölkə olan Türkiyə və Azərbaycan regionda sülhün, əmin –amanlığın, təhlükəsizliyin qarantıdır.