YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman İdarəsinin, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilib.

Əvvəlcə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Daha sonra keçirilən velosiped yarışında 14-29 yaş arası 32 yeniyetmə və gənc qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışda Təbriz Yusifli birinci yerə layiq görülüb. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova qalibə kubok və mükafatı təqdim edib.