YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir millət, iki dövlət qardaşlığını bütün dünyaya bir daha sübut edən Şuşa Bəyannaməsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuş və bir millət, iki dövlət qardaşlığını bütün dünyaya bildirən bir mesaj olmuşdur.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Milli Qurtuluş Günü-15 iyun tarixində imzalanması, Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin böyük rəmzi mənası vardır.

Bəyannamə Türkiyə və Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə yüksəltməklə əhatəli sülhə yol açmış, ölkələrimiz arasında müttəfiqlik əlaqələrinə, siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlığa, iqtisadiyyat, enerji təhlükəsizliyinə, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrin birgə inkişafına zəmin yaratmış, Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də imkanlar açmışdır.

Bəyannamənin imzalanması Azərbaycan və Türkiyə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasının əsasını qoymuş, iki dövlət arasında sərhədlərin formal xüsusiyyət daşıdığını təsbit etmişdir.

Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfədir

Bəyannamədə Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətlər, o cümlədən terrorçuluğun bütün forma və təzahürləri pislənir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizə qətiyyətlə dəstəklənir.

Müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirmək də Şuşa Bəyannaməsində öz əksini tapmışdır.

İstər 44 günlük müharibə zamanı, istərsə də işğaldan azad olunmuş ərazilərdə bu gün aparılan yenidənqurma işlərində Türkiyənin rolu ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafının bariz nümunəsidir.

Müdafiə sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması da tarixi naliyyətdir və hər iki ölkə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini daha da artıracaqdır.

Çox yaxşı haldır ki, xalqımız tərəfindən rəğbətlə qarşılanan Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi bölgənin geosiyasi mənzərəsini dəyişməklə düşmənlərimizə tutarlı mesajdır və region üçün yeni tarixi gerçəklikdir.