YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub

Zirə Eko-parkda Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Ramin Məmmədov və Elnur Allahverdiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Eko-parkın girişində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra Milli Qurtuluş Gününə həsr olunmuş sərgi nümayiş olunub.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

Sonda “Milli Qurtuluşdan Zəfərə” adlı sənədli film nümayiş etdirilib.