YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə tam əsassızdır

Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin heç bir əsası və mənası yoxdur.
Bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əli Həsənov bu qərəzli qətnamənin qəbulunun ikili standartların bariz göstəricisi olduğunu qeyd edib. Bildirib ki, bu, əslində yeni bir şey deyil. Avropa Parlamenti tərəfindən belə bir addımın atılması təəccüb də doğurmur. Çünki əvvəllər də bu kimi ikili standartların şahidi olmuşuq.
Baş nazirin müavini Avropa Parlamentinin belə bir qərar qəbul etməsində erməni lobbisinin əlinin olduğunu diqqətə çatdırıb. Əli Həsənov ermənilərin bu cür əməllərinə qarşı Azərbaycan və Türkiyə diasporlarının birgə mübarizəsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.