YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Səlim Sultanovun xatirəsi doğum günündə anılıb

Qubada 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Sultanov Səlim Sultan oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə Səlim Sultanovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Səlim Sultanov 2020-ci il noyabrın 2-də Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.