YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə dair məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkəmizin mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər.

İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Müvafiq qurumlara konkret tapşırıqlar verilib.