YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ona görə ki, böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Çünki onun hakimiyyətə qayıtması ölkə daxilində baş verən siyasi qarşudurmalalrın, iqtisadi tənəzzülün, vətən torpaqlarımızın işğal edilməsi hadisələrinin və nəhayət vətəndaş müharibəsinin yaratdığı kritik reallıqların zəruri şərti kimi ümumi milli sifariş olaraq meydana çıxmışdı. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Ancaq 15 iyun təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb. Bu gün də həmin yol inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər qazanır və bu nailiyyətlərlə hər bir vətəndaş üçün təhlükəsizik və rifahın təminatçısııdır. Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı. Nəticədə 30 ilə yaxın erməni tapdağı altında qalan vətən torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə cevrildi. Onun beynəlxalq münasibətlər sistemində yeri və rolu artdı. Hazırda isə bundan sonrakı tarixi ikişafımız üçün olduqca səmərəli perespektivlər yaradıldı. Ona görə də, əminliklə deyə bilərik ki, 15 İyun Milli Qurtuluş Günü olmasaydı bu gün əldə etdiyimiz tarixi naliyyətlərimiz və zəfərimiz də olmazdı.