YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: Avropa Parlamentinin ikili standartlar nümayiş etdirməsi birinci dəfə deyil

«Avropa İttifaqına üzv dövlətlər bir əsr əvvəl Osmanlı İmperiyasında baş vermiş faciəvi hadisələrlə bağlı haqlı olaraq yekdil mövqeyə malik deyil. Aİ-nin əksər üzvləri, bir çox ölkə, Aİ komissarları, siyasətçilər və partiyalar bu kimi birbaşa ifadədən çəkinir və sülh və sabitliyin əhəmiyyətini anlayır. Lakin son illər Avropa Parlamentində yaranan görünməmiş erməniyönümlü model təəssüf doğurur». Bu fikirləri Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, həm Ermənistan, həm də əksər Avropa ölkələrində hadisələrə dair arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina yalnız həqiqəti ermənilərə daha uyğun formada dəyişməyə dəlalət edə bilər. Onun sözlərinə görə, AP keçmişdə də belə ikili standartlar nümayiş etdirib və təəssüf ki, bu, birinci dəfə baş vermir.

«Təşkilat üzvləri ermənilərin maraqlarını açıq müdafiə edir, eyni zamanda hər imkanda Azərbaycana və Türkiyəyə ədalətsiz yanaşma ortaya qoyurlar. AP üzvləri Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırmır. Təşkilat 1992-ci il Xocalı hadisələrini heç bir formada tanımır, halbuki Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş genosid törədib. Bütün bunlar isə təşkilatın əsl mahiyyətini göstərir»- deyə, E.Süleymanov vurğulayıb.