YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Efes-2022” çoxmillətli təlimində yüksək peşəkarlıq nümayiş etdirilib

İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təlimi izləmək üçün poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq sərgiləyiblər.