YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatları sırasına daha biri əlavə olundu

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) yeniliyə, təkmilləşməyə xüsusi önəm verdiyini hər addımında təsdiqləyir. Yarandığı gündən sözlə əməl birliyi, monolitliyi partiyanın davamlı uğurlarında, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsində əhəmiyyətli rol oynayır. YAP müxtəlif təbəqələrdən olan insanları öz sıralarında birləşdirərək onların arzu və istəklərini, təşəbbüslərini reallığa çevirir, cəmiyyətin avanqard qüvvəsi kimi rolunu artırır.

On səkkiz minə yaxın üzvü 141 ərazi pariya təşkilatında birləşdirən YAP Xətai rayon təşkilatının partiyanın yeni Nizamnaməsinə və Proqramına uyğun olaraq fəaliyyətini təkmilləşdirməsi, sıralarını  daha da zənginləşdirməsi də  bu silsilədəndir. Belə ki, iyunun 9-da YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları sırasına daha biri - “Ağ şəhər” ərazi partiya təşkilatı əlavə olundu.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə diqqəti partiyanın yarandığı tarixə və keçdiyi inkişaf yoluna yönəldib: “Yeni Azərbaycan Partiyasının milyonların partiyası kimi xarakterizə olunması səbəbsiz deyil. YAP yarandığı gündən ümumxalq partiyasına çevrildi. Patiya 1992-ci ildə  müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə təsis olunmasına baxmayaraq, qısa zamanda sıralarını genişləndirdi. Hazırda YAP-ın 800 minə yaxın üzvü  var.  Bu,  hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Bu, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası kimi qəbul olunan Heydər Əliyev ideyalarına sədaqətin, son 18 ildən artıq dövrdə bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinə  böyük inamın göstəricisidir.”

  Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Azərbaycanın müstəqilliyinin bərpası tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası bu illər ərzində  çətin və  şərəfli  yol keçib: “Yeni Azərbaycan Partiyasının məqsəd və məramı hər bir ölkənin inkişafında əsas amil olan seçki proseslərinə qatıldığı hədəflərdən, şüarlardan da aydın görünür. Vaxtilə “Yeni Azərbaycan uğrunda!” devizini özünün başlıca məramı seçən YAP bu gün yeni hədəflərə doğru “İlhamla irəli!” söyləyir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu partiyanın hər bir üzvü dahi liderin irsinin təbliğatçılarıdır. Ümummilli Lider Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə  “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının  bugünkü həyatında, inkişafında öz sözünü deyir. Məhz bu əminlik fonunda Ümummilli Lider 2003-cü ildə növbəti inamın və etimadın ünvanını göstərərkən   cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını  nəzərdə tutmuşdu.”

YAP Xətai rayon təşkilatının sədri yeni ərazi partiya təşkilatının məhz ulu öndər Heydər Əliyevin xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıdışının başlanğıc günü olan 9 iyun tarixinə təsadüf etdiyini xüsusi qeyd edərək bildirib ki, bugünkü tədbir yeni ərazi partiya təşkilatının həyatında ikiqat bayram olacaq: “Ulu öndər Heydər Əliyevin 9 iyun 1993-cü il tarixində Bakıya gəlişi ölkəmizin həyatında fərqli bir mənzərəni, insanlarda sabaha inamı yaratdı. Bu inam, xalqın Ümummilli Liderin ətrafında sıx birləşməsi, son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətinə dəstəkləri  44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən oldu. Birliyimiz, həmrəyliyimiz hər bir hədəfə yüksək səviyyədə nail olmağımıza əsas verir.”

Sonda təşkilatı məsələlərə baxılıb. Kənan İsmayılov YAP Xətai rayon təşkilatı “Ağ şəhər” ərazi partiya təşkilatının sədri,  Nəbi Süleymanov  isə sədr müavini seçiliblər.