YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Ağdağ” gips zavodunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Çıxış edən “Ağdağ” gips zavodunun icraçı direktoru Alim Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-dəhakimiyyətə qayıdışı ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhranı aradan qaldırdı. İqtisadi və özəl sahibkarlıq sahəsində də inkişaf başladı. Qeyd edib ki, 2002-ci ildə əsası qoyulan “Ağdağ” gips zavodu ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb və iştirakı ilə açılış mərasimi keçirilib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə ümummilli lider Heydər Əliyevin istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində gördüyü böyük və qlobal layihələrdən, neft və qaz strategiyasından, azad sahibkarlıq mühiti və bazar iqtisadiyyatının formalaşması üçün gördüyü böyük işlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bugünkü müasir, azad, demokratik və güclü Azərbaycan olmayacaqdı.

“Mətanət-A” şirkətinin prezidenti, zavodun təsisçisi Elxan Bəşirov çıxışında deyib ki, Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ulu öndər Heydər Əliyevin  hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizdə baş verən ictimai-siyasi proseslərdən danışıb. O, bugünkü Azərbaycan Respublikasının inkişafında ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz tarixi xidmətlərin rolundan bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın gələcək uğurlarının təməlini qoyub.

DİGƏR Xəbərlər Arxiv