YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

Məktəb-liseydə təşkil olunan tədbirdə YAP rayon təşkilatının, rayon icra hakimiyyətinin, məktəbin kollektivi, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayon sektorunun müdiri Babək Heydərov, Rayon İcra Hakimiyyəti baçşısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, 2 saylı məktəb-liseyin direktor müavini Faiq Sofiyev çıxış edərək  dövlət başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi barədə imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu bildiriblər. Vurğulanıb ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında genişmqiyaslı işlər həyata keçirilir. Bərpa və quruculuq prosesinə Heydər Əliyev Fondu daim öz dəstəyini verir. Fond Qarabağda, xüsusilə Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, dini ziyarətgahların təmiri və bərpası prosesində yaxından iştirak edir.

Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayev, Birinci Qarabağ müharibəsi şəhidi Namiq Allahverdiyevin anası Sona xanım, şəhid atası Çingiz Qarayev, şəhid atası Rafik Hacıyev ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman övladlar ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələri və qazilərə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qazilər Mail Məmmədov, Samir Rəşidli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, döyüş təəssüratlarını bölüşüblər.

Tədbirdə məktəb-liseyin şagirdləri doğma Vətənə, torpağa, Şuşaya, şəhidlərə həsr olunan şeirlər səsləndirib, mahnılar, rəqslər ifa ediblər.

Sonda şəhid ailələrinə, qazilərə xatirə hədiyyələri təqdim olunub.