YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının nümayənmdələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının nümayənmdələri ilə görüş keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, BMU-nun Tərbiyə işləri üzrə prorektoru, ərazi partiya təşkilatının sədri Bayram Hüseynzadə, Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri, ərazi partiya təşkilatının sədri İlkin Əsədov iştirak edib.

Əvvəlcə görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən, VII Qurultaydan sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb.

Digər çıxış edənlər də hakim partiyanın yeni dövrün tələblərinə uyğun fəaliyyətindən bəhs ediblər.