YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında partiya sıralarına qoşulmaq istəyən şəxslərlə görüş keçirilib

15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiya sıralarına üzv olmaq üçün müraciət etmiş bir qrup şəxslə görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov açaraq, görüşün əlamətdar bir dövrə təsadüf etdiyini deyib. Nurəddin İbrahimov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bugünədək Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında yeni bir mərhələ başlayıb. Azərbaycan Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti nəticəsində bütün çətinlikləri dəf etməyi bacardı, dünya birliyinin layiqli üzvünə çevrildi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza Zəfər sevincini yaşatdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.

“Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılan və böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib. Bunun nəticəsidir ki, partiya sıralarına qoşulanların sayı günü-gündən artmaqda davam edir”- deyə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov bildirib.

Tədbirdə çıxış edənlər inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmağın böyük məsuliyyət və şərəf oluğunu xüsusi olaraq vurğulayıb, xalqımızın partiyaya, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlılıqlarını, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəlilədiklərini qeyd ediblər.