YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Milli Qurtuluş Günü ərəfəsində partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev müstəqilliyimizin təhlükə altında olduğu bir zamanda Ulu Öndərin hakimiyyətə qayıdışının Azərbaycanı böyük təhlükələrdən xilas etdiyini, sabitliyə, əmin-amanlığa yol açdığını bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra bütün azərbaycanlılar dünyanın hər yerində Milli Qurtuluş Gününü qalib xalqın qalib övladları kimi alnıaçıq, üzüağ olaraq qeyd edirlər.

Tədbirdə Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatının sədri Kamandar İbrahimov, partiya üzvləri - Arifə Mirzəliyeva, Xatirə Əliyeva, Afiq Mustafayev da çıxışlarında Milli Qurtuluş Gününün xalqımızın tarixində dönüş nöqtəsi olduğunu söyləyiblər.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.