YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Cavid Osmanov şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunun Qaradağlı kəndindən olan Vətən müharibəsi şəhidi Əliyev Cəlil Qüdrət oğlunun ailəsi ilə görüşərək qayğıları ilə maraqlanıb. Deputat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə xüsusi diqqət-qayğı göstərməsindən söhbət açıb.

Şəhidin anası oğlu Cəlil Əliyevin keçdiyi döyüş yolundan danışaraq, dövlət tərəfindən yüksək diqqət və qayğı gördüyünü qeyd edib. Şəhid ailələrinə göstərilən yüksək diqqət-qayğıya görə şəhid Cəlil Əliyevin anası ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəhid anaları adından öz təşəkkürünü bildirib.

Deputat həmçinin Ağdaş rayonunun Qaradeyn kəndində yaşayan 90 yaşlı Yeni Azərbaycan Partiyasının veteran üzvü Əsgər İsayev ilə də görüşüb. O, Əsgər İsayevin qayğıları ilə maraqlanıb, onunla həmsöhbət olub. Kənd ağsaqqalı həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın davamlı inkişaf etdiyini, insanların firavanlıq, əmin-amanlıq şəraitində yaşadığını qeyd edərək bunun üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir ağsaqqal olaraq öz minnətdarlığını bildirib.