YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

Nizami rayonu, 62 saylı məktəb-liseyin məzunları olmuş Vətən müharibəsi şəhidləri - Əhədzadə Elsevər Ağacan oğlunun və Xəlili Samir Əhməd oğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Azərbaycan bayrağının gətirilməsi, Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarova, “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar və başqaları xatirə lövhəsi qoyulan şəhidlərin döyüş yolundan, şəhid ailələrinə, qazilərə olan dövlət qayğısından bəhs ediblər.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Mərasimə bədii hissə ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv