YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyünü bir daha təsdiqlədi

«Avropa Parlamentinin qəbul etdiyi qətnamə beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyünü bir daha təsdiqlədi. Bu gün beynəlxalq hüquq yoxdur, bunun əvəzində isə ədalətsizlik, islamofobiya, irqçilik, multikultiralizmin əleyhdarları var». Bu fikirləri yap.org.az saytına YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, belə bir sənədin qəbul edilməsi nəticə etibarilə ona gətirib çıxaracaq ki, müasir dünyamızda yalnız maraqlar işləyəcək. Bu da Türkiyə ilə Aİ arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq və  heç bir halda Türkiyə-Ermənistan münasibətlərinin bərpası ilə bağlı ideya daşıyıcılarını məqsədlərinə çatdırmayacaq.

«Bu hadisə onu göstərdi ki, dünyada daha çox xristian həmrəyliyi nümayiş olunmaqdadır. Vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir işlətmişdi ki, Aİ xristian klubudur. Türkiyəyə qarşı indiki münasibət bu fikri bir daha təsdiqlədi. Bu sənədin qəbul olunması, həmçinin, müsəlman dünyasına olan münasibətin ifadəsidir. AP-nin 1987-ci ildə uydurma "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsinə baxmayaraq, yenidən belə bir addım atması nəticə etibarilə müasir dünyamızda mədəniyyətlərarası, dinlərarası ziddiyyətlərin artmasına rəvac verən hadisədir. Bu, həm də demokratiyadan, insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatların iç üzünü bir daha göstərdi»- deyə, politoloq qeyd edib.