YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhid Süleyman Şirəlizadənin doğum günündə xatirəsi anılıb

Oğuz rayonunda Vətən müharibəsi şəhidi Şirəlizadə Süleyman İlham oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və məktəblilər Padar kənd Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Süleyman Şirəlizadə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.