YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə şəhid Elçin Həsənlinin doğum günü qeyd olunub

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Elçin Həsənlinin doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov, partiya fəalları, ictimaiyyət nümayəndələri rayonun Qırıqlı kəndində şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Tədbir iştirakçıları şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanan xatirə hədiyyəsi şəhidin atasına təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.