YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Avropa Parlamentinin qətnaməsi ədalətsizliyin göstəricisidir

"Avropa Parlamentinin Azərbaycan və Türkiyə dövlətinə qarşı qəbul etdiyi bu qərar qeyri-obyektiv olmaqla yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisidir". Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, təşkilatın Alt komitəsinin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu qərarın qəbulunun faktiki olaraq heç bir hüquqi qüvvəsi olmamasını nəzərə alsaq, bunun qondarma "erməni soyqırımı" iddialarının qəbulu baxımından prosesə hər hansı bir təsiri olmayacaq. Çünki bunlar sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bəzi siyasilərin dəstəklədiyi uydurma iddialardan başqa bir şey deyil.

"Əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi. Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Parlamenti kimi bir qurum öz dəyər və kriteriyalarını ayaqlar altına ataraq bir qrup sifarişlə fəaliyyət göstərən siyasətçilərin məkrli niyyətlərinə alət olur. Bu hər şeydən əvvəl bu təşkilatın özünün nüfuzuna böyük zərbədir"- deyə, S.Qafarova qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv