YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə şəhid Elvin Mustafayevın anım mərasimi qeyd olunub

Göygöl rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü mərasimi qeyd olunub.

Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhid Elvin Mustafayevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, müqəddəs ruhuna dualar oxunub.

Anım tədbirində 44 günlük Vətən müharibəsindən söz açan mərasim iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhid Elvin Mustafayevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər. Məktəblilər tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub və şeirlər səsləndirilib.

Sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanılıblar.

Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Elvin Mustafayev 2020-ci il sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Şəhidin nəşi 2021-ci ilin aprelin 27-də tapılıb. Prezidentin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin özündən sonra Vətənə əmanət qoyduğu üç övladı yadigar qalıb.

DİGƏR Xəbərlər Arxiv