YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksi açılıb

Lerik rayonunun Livədirqə kəndində Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailələri, Yeni Azərbaycan Partiyasının fəalları iştirak ediblər.

Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən RİH başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışıb.

Bildirilib ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.

Milli Məclisinin deputatı İqbal Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatirə bulağının açılışında Livədirqə kənd tam orta məktəb şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.