YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Şuşada xüsusi sessiyanın keçirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafında böyük rol oynayacaq

Bakı Enerji Həftəsi çərçivəsində iyun ayınınn 4-də 100-dən çox yerli və xarici nümayəndənin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirildi. Xüsusi sessiyanın keçirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafında böyük rol oynayacaq. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, “Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxundu: “Eyni zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi enerji siyasətindən və bu siyasətin regionun sabitliyi və rifahı baxımından mühüm rol oynadığı xüsusi vurğulandı.”

Xüsusi sessiya çərçivəsində Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşa turu təşkil edildi və tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət etdi, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldular. Belə turların təşkili, ermənilərin işğaldan azad olunmuş ərazilərimizdə törətdikləri vandalizmin və Azərbaycanın qısa müddət ərzində həmin ərazilərin bərpa-quruculuğu istiqamətində həyata keçirdiyi işlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir – deyən Sədaqət Vəliyeva əlavə edib ki,  bu fakt bir daha Azərbaycanın iqtisadi gücünün, sülhsevərliyinin və humanistliyinin sübutudur:

“Bu gün dünyada müharibələrin, böhranların baş verməsinə  baxmayarq ölkəmiz Azərbaycanda hərtərəfli inkşaf və tərəqqi hökm sürür. Dünyada qeyri-sabit vəziyyət fonunda ölkəmizdə hökm sürən bu inşaf hər bir Azərbaycan vətəndaşında qürür hissi yaradır. Əlbətdə bizlərə bu qüruru yaşadan və ümumilikdə bütün bu inkşaf ölkə başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsidir.”