YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda ərazi partiya təşkilatları ilə tədbir keçirilib.

Əvvəlcə müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasının yaranması tarixindən danışıb, partiyanın tarixin sınaqlarından üzüağ çıxdığını bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. S.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Təklə, Dezinfeksiya ərazi partiya təşkilatlarının sədrləri Elşən Bəşirzadə və Rəsilə Ağayeva, Asan Xidmət ərazi partiya təşkilatının sədr müavini Əziz Əliyev də çıxışlarında partiyanın keçdiyi tarixi yoldan bəhs ediblər. Qeyd olunub ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyası fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.

DİGƏR Xəbərlər Arxiv