YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qazına olan təlabat sürətlə artır

Vahid  Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan yalnız neft-qaz ixracatcısı deyil, eyni zamanda bu sahəyə aid olan ən yüksək səviyyəli beynəxalq tədbirlərə ev sahibliyi edən dövlətlərdən birinə çevrilmişdi. 1iyun 2022-ci ildə açılışı olan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi sayca 27-ci tədbirdir. Beynəlxalq səviyyəli bu tədbirlərdə Prezident İlham Əliyev şəxsən iştirak edir və dövlətimizin apardığı uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən Prezident cənab İlham Əliyev pandemiya səbəbindən ikiillik fasilədən sonra yenidən tədbirin keçirilməsini alqışlayaraq tədbirin təşkilatçılarına  və bütün dünyadan təşrif buyurmuş qonaqlara təşəkkürünü ifadə etdi. O bildirdi ki, Azərbaycan müstəqillik illərində  öz enerji təhlükəsizliyinə sərmayə yatırıb və bir cox ölkələrin enerji təhlükəsizliyində get-gedə mühüm rol oynamağa çalışır.

Bu konfransin keçirildiyi ilk ildən etibarən Azərbaycan  özünün dünyaya açıq olduğunu bəyan etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən müyyənləşdirilən, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən  Neft və Qaz Strategiyası  Azərbaycanın əldə etdiyi bütün uğurların əsasını təşkil edir və təməlində dayanır. Ötən əsrin sonunda Azərbaycan Gürcüstanın Qara dənizdəki limanına qədər neft kəməri tikilərək istifadəyə verildi və bu ilk neft kəməri ilə Azərbaycan nefti dünya bazarına nəql edilməyə başladı.

Azərbaycan xarici tərafdaşları ilə birgə qaz yataqlarının kəşfiyyatı işlərini uğurla davam etdirərək dünayanın ən böyük qaz yataqlarından biri olan  “Şahdəniz”yatağını aşkar etdi və 2007-ci ildə Bakı-Tibilisi-Ərzurum qaz boru kəməri istismara verildi. Beləliklə Azərbaycan qazı ilk olaraq Türkiyə və Gürcüstan bazarlarına nəql olmağa başladı. 2006-ci ildə Xəzər dənizi aralıq dənizi ilə birləşdirən Bakı –Tibilisi-Ceyhan  neft kəməri istismara verildi və kəmər vasitəsi ilə Azərbaycan nefti dünya bazarına nəql olundu.

2020-ci ilin son günü istismara verilən Cənub Qaz Dəhlizinin uzunluğu 3500 km olmaqla XXI əsrin layihəsi hesab olunur. Belə bir möhtəşəm layihənin uğurla icra olunması Azərbaycanın beynəlxalq tərfdaşlarla birgə işinin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir. Prezident İlham Əliyev qeyd etdiki, bu layihələr olduqca çox mürəkkəb siyasi mühitdə həyata keçirildi. Regionda marağı olan xarici qüvvələrin bir çoxunun maraqları ilə üst-üstə düşmürdü və onlar bütün təsir imkanlarından istifadə edərək bütün layihələrin icrasına maneçilik törədmək istəyirdilər. Azərbaycan Respubilkası rəhbərliyinin qəiyyətli mövqeyi və beynəlxalq tərafdaşların sıx əməkdaşlıqı sayəsində bütün maneələr dəf edildi və qeyd olunan layihələrin icrası təmin edildi.

Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru xətinin ərazisindən keçən dövlətlərlə və eləcədə beynəlxalq malliyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökümətləri və Avropa Komissiyası ilə sıx əməkdaşlıq qurmuşduq.

Dünyada baş verən proseslər Azərbaycan qazına təlabatı daha da artırıb.Yuxarıda qeyd olunan layihələrin, TANAP və TAP  layihələrinin vaxtında icra olunması dünya dövlətlərinin təbii qaza və digər enerjidaşıyıcılarına təlabatın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hadisələrin təhlili göstərir ki, Azərbaycan qazına olan təlabat artmaqda davam edəcək. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı dövlətimizin iqdisadi qüdrətinin güclənməsinə müsbət təsir edəcək.