YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülvi Quliyev: Birinci Avropa Oyunları ölkəmizin təbliğatında böyük rol oynayacaq

«Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir. Bu oyunda Azərbaycan ilkə imza atacaq. Eyni zamanda nəzərə alınmalıdır ki, Avropa ölkələrinin  əksəriyyəti öz idmançıları ilə  Birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də buraya əlavə etsək, demək ki, ölkəmizin təbliğatında Birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Birmənalı şəkildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin əldə etdiyi uğurların təbliğində Birinci Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Onun sözlərinə görə, bu məsələ ilə bağlı insanlara yanlış məlumatlar vermək istəyənlər də var.

«Ölkəmizə qarşı qarayaxmalar var. Xarici ermənipərəst dairələrin məqsədi bəllidir. Təəssüf ki, öz içimizdə də bu çirkin planda iştirak etməyə cəhd göstərənlər də tapılır. Birinci Avropa Oyunları Azərbaycan üçündür, Azərbaycanın təbliğatı üçündür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanmış siyasətdir. Biz hər zaman cənab Prezidentin apardığı siyasətin müsbət nəticəsinin şahidi olmuşuq. İnanıram ki, Birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün xüsusi rol oynayacaq»- deyə, Ü.Quliyev qeyd edib.