YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq

Can Azərbaycanda TEKNOFEST düşüncəli gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq. Azərbaycanlı qardaşlarımızın 28 May - Müstəqillik Gününü bütün mənalarda gözqamaşdırıcı bir texnoloji mərasimlə şərəfləndirdik.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankaranın Kızılcahamam rayonunda keçirilən 30-cu müşavirə və dəyərləndirmə toplantısındakı çıxışında ifadə edib.

Prezident İlham Əliyev ilə birlikdə Rize-Artvin Hava Limanını açdıqlarını xatırladan dövlət başçısı Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə nəqliyyat və infrastrukturun genişlənməsi, terrorla qətiyyətli mücadilə, iqtisadi inkişaf, ixracatın artırılması, xalqın rifahının yüksəlişi istiqamətindən həyata keçirilən siyasətin nəticələrindən danışıb.

Türkiyənin dövlət sərhədi boyunca Suriya ərazisində təhlükəsizlik dəhlizinin qətiyyətlə qurulduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan gündəlikdə duran digər məsələlərə də münasibət bildirərək, İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair Türkiyənin dəyişməz mövqeyini təkrarlayaraq deyib ki, NATO terrorçuların təhlükəsizliyini təmin edəcək təşkilat deyil.